Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovanın Nobel mukafatına namizədliyi irəli sürülüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ölkəsində mədəniyyət sahəsində fəaliyyətləri ilə tanınan və son olaraq Özbəkistanın İspaniyadakı səfiri təyin olunmuş Gülnara Kərimova Nobel Sülh mükafatına namizəd göstərilib. Gülnara Kərimovanın 2011 –ci il Nobel Sülh mukafatına namizədliyi irəli sürülüb. Özbəkistanda eyni zamanda Mədəniyyət və Sənət Mərkəzinin rəhbəri olan Gülnara Kərimova Orta Asiyada Nobel Sülh mükafatına namizədliyi göstərilmiş ilk qadındır. Özbəkistanın Cenevrədə Birləşmiş Millətlər təşkilatında daimi təmsilçisi olan Gülnara Kərimovanın Nobel Sülh mükafatına namizədliyini bir sıra Avropa parlamentləri tərəfindən dəstəkləndiyi qeyd olunur. Xatırladaq ki, 2009-cu ildə Nobel Sülh mukafatı Amerika prezidenti Barak Obamaya verilib.