Modern.az

Ded Hasan Ukraynadan Rusiyaya deportasiya olunub

Ded Hasan Ukraynadan Rusiyaya deportasiya olunub

28 Aprel 2010, 09:40

Yezidi kürd əsilli Ded Hasan ləqəbli rus mafiya babası Aslan Usoyan Ukraynada yaxalanıb. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiyanın bir nömrəli “vor zakon”u sayılan Ded Hasanın Ukraynaya saxta pasportla daxil olduğu müəyyən olunub.    Əldə olunan məlumata görə, Usoyan Ukraynanın Daxili İşlər Nazirliyi Mütəşəkkil  Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi  əməliyyat gedişində Borispol hava limanında yaxalanıb. “1937-ci il təvəllüdlü Tiflisdə anadan olmuş A.Usoyan sərhədi saxta pasportla keçərək  Ukrayna ərazisinə daxil olub. Məlumatlara görə, Usoyan erməni cinayətkar şəbəkələri arasında ixtilafları  çözmək üçün Ukraynaya gəlib”,-deyə Ukrayna DİN-dən bildirlib.

“Ria-novosti” agentliyi Usoyanın Moskvadan Ukraynaya təyyarə ilə gəldiyini xəbər verib. Qeyd edək ki, Rusiyada mafiya qrupları arasındakı savaşların pərdə arxasında Usoyan və daha bir gürcüstanlı “vor zakon” Tariel Oniani arasındakı  düşmənçilik durur. Oniani Moskvada mühakimə olunur,  onun Ded Hasanla çəkişməsi isə təkcə rus deyil, həm də Avropa polisinin də diqqət mərkəzindədir. Bu çəkişmə sonunda Yaponçik ləqəbli digər məşhur rus mafiya babası Vyaçeslav İvankov ötən ilin noyabrında öldürülüb. İki türk vətəndaşının da qatili olan Yaponçik, Ded Hasanın ən yaxın dostu hesab olunurdu. Onun cənazə mərasimini də Ded Hasan təşkil edib.

  Modern.az-ın ən son məlumatına görə, Ded Hasan bu gecə Rusiyaya deportasiya olunub

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır