Modern.az

"8-ci kilometr bazarı"nda yanğın

"8-ci kilometr bazarı"nda yanğın

28 Aprel 2010, 10:08

Bu gün səhər saatlarında Bakının Nizami rayonundakı “8-ci kilometr bazarı”nda güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın bazarın paltar satışı hissəsində baş verib.
Hazırda hadisə yerinə yanğınsöndürmə biriqadası işləyir, xəsarət alan barədə məlumat yoxdur. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev jurnalistlərə deyib ki, 1 saat çəkən yanğın söndürülüb. Ümumilikdə bazarda 800 kvadrat metr sahə yanıb. Hazırda dəymiş ziyanın həcmi dəqiqləşdirilir. 

Saat 11.10 Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat açıqlayıb. Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, 28 aprel 2010-cu il tarixində saat 09:09-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112 zəng mərkəzi"nə vətəndaş tərəfindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində tüstülənmə müşahidə olunub. Dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Yanğın hadisəsi ilə əlaqədar olaraq saat 09:19-da 3-cü dərəcəli çağırış elan olunub, saat 10:29-da yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin olaraq, yanğının ümumi sahəsinin təxminən 1000-1200 kv.m. təşkil etdiyi bildirilib. Hadisə nəticəsindən ölən və xəsarət alan olmayıb.

Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır