Modern.az

İlham Əliyev turizm və səyahətlər sərgisinin açılışına qatılıb

İlham Əliyev turizm və səyahətlər sərgisinin açılışına qatılıb

Təhsil

28 Aprel 2010, 12:48

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Aitf” IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin açılış mərasimində iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, sərginin ekspozisiya sahəsi ötən ilə nisbətən 20 faiz artıb. Bu il sərgidə 14 ölkə öz milli stendi ilə çıxış edir. İlk dəfə olaraq Azərbaycanın regional turizm potensialını əks etdirən böyük pavilyon açılıb. Pavilyon ölkəmizin istirahət zonaları, sanatoriya və mehmanxanalarına həsr olunub.
Sərgi ərazisində quraşdırılmış informasiya köşklərindən istifadə etməklə ziyarətçilər sərgi, eləcə də müxtəlif tədbirlərin keçirildiyi yerlər barədə məlumatlar əldə edə bilərlər.
Bildirilib ki, Türkiyə ilk dəfə olaraq sərgidə tərəfdaş ölkə kimi çıxış edir.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir.
“Aitf” IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə yanaşı, “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” IV Qafqaz beynəlxalq sərgisi də keçirilir. Sərgidə mehmanxanalar, restoranlar və supermarketlər üçün kompleks təchizat, ticarət köşkləri, mətbəx avadanlığı, qəlyanaltı sistemləri və s. nümayiş olunur.
Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub, iştirakçılara uğurlar arzulayıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı