Modern.az

Müstəqilliyin bərpası, SSRİ tərəfdarları və "İstiqlalçı deputatlar" - SİYAHI

Müstəqilliyin bərpası, SSRİ tərəfdarları və "İstiqlalçı deputatlar" - SİYAHI

Təhsil

18 Oktyabr 2013, 00:03


18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bəhs edərkən heç şübhəsiz tarixə “İstiqlalçı deputatlar” adı ilə düşən 43 nəfəri də yada salmaq lazımdır.

1991-ci ilin martında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib, o cümlədən də Azərbaycanda. Məqsəd bu idi: SSRİ qalsın və yaxud qalmasın? Bu referendumun bir variantı bu idi ki, sovet hökuməti qalsın, Azərbaycan da onun tərkibində yaşasın. İkinci variant o idi ki, sovet hökuməti dağılsın, Azərbaycan müstəqil olsun.
Həmin il martın 7-də, səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Və onlar tarixə “İstiqlalçı deputatlar” adı ilə düşüblər. Yerə qalan 300-dək deputat biz “SSRİ-ni istəyirik” fikrini səsləndiriblər.

1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Modern.az-ın məlumatına görə, 1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub.
Amma təəssüf ki, 2006-cı ilin dekabrında Milli Məclidə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. O zamandan rəsmi bayram statusunu itirən həmin tarixlər iş günü sayılır.
 
18 oktyabrın iş günü elan edilməsi ölkədə birmənalı qarşılanmayıb. Bəzi tarixçilər Milli Məclisin Azərbacan üçün çox önəmli bir tarixi dövlət səviyyəli bayramlar siyahısından çıxararaq, onu peşə bayramı səviyyəsinə endirməsini mənfi hal kimi qiymətləndirir.

Onu da qeyd edək ki, 1991-ci ildə Dövlət Müstəqilliyi Aktının əleyhinə çıxan Ali Sovetin bəzi keçmiş deputatları hazırda müstəqil Azərbaycan Respublikasında rəhbər vəzifələr tuturlar.

Yaxın tariximizə "İstiqlalçı deputatlar” adı ilə düşən millət vəkilləri aşağıdakı şəxslər olublar.

1. İsa Qəmbər
2. Dilarə Əliyeva
3. Füzuli Axundov
4. İxtiyar Şirinov
5. Aydın Məmmədov
6. Əyyam Musayev
7. Vaqif Novruzov
8. Vahid Əhmədov
9. Ramiz Fətəliyev
10. Cümşüd Nuriyev  
11. Məmməd Xələfov
12. Etibar Məmmədov  
13. Nəriman Həsənzadə  
14. Firudin Cəlilov
15. Sabir Rüstəmxanlı
16. Tofiq Bağırov
17. Mürşüd Məmmədli  
18. Şadman Hüseynov
19.Faiq Baxşəliyev
20. Mirmahmud Fəttayev  
21. Ədalət Rəhimov
22. İsgəndər Həmidov 
23. Mətləb Mütəllimov
24. Tahir Əliyev
25. Rəhim Qazıyev  
26. Tamerlan Qarayev
27. Eldar Bağırov
28. Tofiq Qasımov  
29. Məryəm Həsənova  
30. Arif Hacılı  
31. Tahir Kərimli  
32. İsmayıl Şıxlı
33. Yusif Səmədoğlu
34. Maşallah Abdullayev
35. Hacıbaba Əzimov  
36. Bayram Bayramov
37. Hicran Kərimli
38. Heydər Əliyev  
39. İbrahim İbrahimli
40. Allahverdi Həsənov
41.Sülhəddin Əkbər
42. Şahmərdan Cəfərov
43. Fərəc Quliyev  

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir