Modern.az

Nişan mərasimində silahlı atışma: 10 nəfər yaralanıb

Nişan mərasimində silahlı atışma: 10 nəfər yaralanıb

2 May 2010, 20:41

Türkiyənin Qaziantəp şəhərində iki ailə arasında qız alıb-vermə məsələsində çıxdığı iddia edilən silahlı qarşıdurmada 10 adam yaralanıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, hadisəylə əlaqədar polis 3 nəfəri nəzarətə götürüb.         

Olay belə baş verib: Uğurlu ailəsinin nişan mərasimini basan və daha əvvəl aralarında qız alıb-vermə məsələsi üzündən qovğa yaranan Soytürklər ailəsinin üzvləri pnevmatik tüfənglərlə ətrafa atəş açıblar. Nəticədə Uğurlu ailəsindən ikisi qadın olmaqla 8 nəfər yaralanıb.

Hadisədən az sonra Uğurlu aləsinin adamları qarşı tərəfdən qisasalmaq üçün Soytürkler ailəsinin evini pnevmatik tüfənglərlə silahlı hücuma məruz qoyublar. Nəticədə bu ailədən də iki nəfər (1 qadın, 1 kişi) yaralanıb.
Hər iki tərəf yaralıları xəstəxanaya çatdırıb.

Polis, hadisələrin daha çox böyüməməsi üçün iki ailənin yaşadığı məhəllələrdə sıx təhlükəsizlik tədbiri görüb. Hadisəylə əlaqədar Soytürklər ailəsindən 2, Uğurlu ailəsindən 1 nəfər tutulub. Qaçıb gizlənən daha 3 nəfər isə axtarılır. Cinayət işi açılıb, istintaq gedir.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi