Modern.az

Mətbuat Şurası Beynəlxalq Mətbuat Azadlığı Gününü qeyd edib

Mətbuat Şurası Beynəlxalq Mətbuat Azadlığı Gününü qeyd edib

3 May 2010, 15:43

Mayın 3-də Mətbuat Şurasının konfrans zalında Beynəlxalq Mətbuat Azadlığı Günü ilə bağlı mətbuat konfransı keçirilib. Modern.az-ın məlumatına görə,Mətbuat Şurasının sədri Əflatun Amaşov Beynəlxalq Söz və Mətbuat Azadlığı gününün Azərbaycanda da qeyd olunduğunu xatırladıb. O, BMT-nin hesabatına istinadla bildirib ki, ötən il dünyada 77  jurnalist xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Prezident Administrasiyasının İştimai-siyasi şöbəsinin sektor müdiri Vuqar Əliyev  bildirib ki, 2009-cu ildə Prezident yanında  KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasına dair dövlət başçısının imzaladığı fərman və bununla yanaşı, bir sıra sərəncam və qanunlar onu göstərir ki, dövlət heçdə mətbuata biganə yanaşmır.

Tədbirdə həçinin “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koslisiyası”nın (SAJPK) icrasına başladığı “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” lahiyəsinin təqdimatı da keçirilib. Layihə haqqında əvvəlcə SAJPK adından  Umid Rəhimoğlu çıxış edərək koslisiyanın yaranma tarixi, fəaliyyəti barədə məlumat verib.   Daha sonra “Etik Jurnalistika Təşəbbusləri –Azərbaycan”  lahiyəsinin  kordinatoru Müşviq Ələsgərli məqsəd və vəzifələrdın danışıb. Bildirib ki, lahiyə haqqında geniş məlumat www.eji-az.org saytında yerləşdirilirb. Muşviq Ələsgərli deyib ki,  “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası”na Jurnalistlərin Həmkarlar İttifaqı (JHİ), Beynəlxalq Avrasiya Mətbuatı Fondu (BAMF), “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi və Demokratik Jurnalistlər Liqası (DJL) daxildir.

Milli Televiziya və Rado Şurasının sədri Nuşirəvan Məhərrəmli, Nazirlər Kobinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poloxov, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçl direktoru Vuqar Səfərli, müstəqil jurnalist Azər Həsrət, BDU-nun müəllimi Cahangir Məmmədli  çıxış edərək 3 May Beynəlxalq Mətbuat Azadlığı günü ilə bağlı öz fikirlərini bildiriblər. Mail Ağaxanov 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər