Modern.az

Mətbuatın düşmənləri

Mətbuatın düşmənləri

Media

3 May 2010, 18:29

 “Sərhədsiz Reportyorlar” Təşkilatı Dünya Mətbuat Azadlığı günü münasibətilə kütləvi informasiya vasitələrinin düşməni olan siyasi xadimlərin adlarını açıqlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilatın siyahısında prezidentlər, hökumət başçılarının adları çəkilir. Bu siyahıda  Çin Xalq Respublikasının prezidenti Xu Tzintao, İran prezidenti Mahmud Əhmədinejad,  Rusiyanın baş naziri Vladimir Putinin adları çəkilir.  Siyahıda Çeçenistanın prezidenti  Ramzan Kadırovun da adı var.

 

Siyahının annotasiya hissəsində qeyd olunur ki,  Rusiyanın baş naziri Putin ölkəsində bir zaman azad olan KİV-i dövlət nazərəti altına alıb və onların vasitəsilə  insanları manipulyasiya edir. Bundan əlavə, Putin “milli fəxr hissinin” şişirdilməsində, dissidentlər və azad fikirli insanların təqib olunması kampaniyasını hər vasitə ilə dəstəkləməkdə ittiham olunur. Kadırov barədə aşağıdakılar bildirilir: “Onun siyasətini kimlər şübhə altına alır, ölüm təhlükəsinə düşür”. Təşkilat  Kadırovın tənqidçiləri olan  2 tanınmış şəxs - jurnalist Anna Politkovskaya və hüquq-müdafiəçisi Natalya Estemirovanın taleyindən bəhs edir. Onlar qətlə yetirilib, qatilləri isə  hələ də tapılmayıb. Təşkilat qeyd edir ki, Kadırov Respublikada elə bir mühit yaradıb ki, jurnalistlər onu yalnız tərifləməlidir.

Adı çəkilən şəxslərdən əlavə, siyahıda Taliban lideri Molla Məhəmməd Ömər, Belarus prezidenti Aleksandr Lukaşenko, İtaliya mafiyası, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və digər tanınmış şəxslər və təşkilatlar vardır.

Xatırladaq ki, Putin 2006-cı ildə də mətbuatın düşməni elan olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir