Modern.az

Prezidentin qızları Leyla və Arzu Əliyevalar məşhur rəssamın sərgisində - FOTOLAR

Prezidentin qızları Leyla və Arzu Əliyevalar məşhur rəssamın sərgisində - FOTOLAR

15 Noyabr 2013, 01:17

Noyabrın 14-də Müasir İncəsənət Muzeyində rəssam Lalla Essaydinin işlərindən ibarət sərgi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olublar.
“YARAT!” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, bu tədbir  vizual ənənələr içində boya-başa çatan Bakı ictimaiyyətində dərin maraq doğuracaq. A.Mahmudova sərginin təşkilində əməyi olanlara dərin təşəkkürünü bildirib.
Sonra incəsənət elmləri namizədi, şərqşünaslıq tarixi və nəzəriyyəsi üzrə mütəxəssis, Qətərin Doha şəhərində Şərqşünaslıq Muzeyinin təsisçisi və direktoru Olqa Nefedova rəssam L.Essaydinin yaradıcılığını, o cümlədən onun burada nümayiş etdirilən əsərlərini yüksək qiymətləndirib.
Sonra rəmzi açılışı bildirən lent kəsilib və sərgiyə baxış olub.
Gələn il yanvarın 14-dək nümayiş etdiriləcək sərginin kuratoru Dina Nasser-Xadividir.
“Zaman və gözəllikdən kənar” rəssam L.Essaydinin Azərbaycanda ilk sərgisidir və müəllifin 2012-13-cü illərdə Afrika Smitsonian İncəsənət Muzeyindəki sərgisindən sonra növbəti işidir. Rəssamın bütün karyerası boyu yaratdığı əsərləri bir yerə cəmləyən sərgi “Hərəm”, “Güllələr”, “Qovuşan ərazilər” və “Mərakeş qadınları” silsiləsini əhatə edir.
Sərgi Müasir İncəsənət Muzeyində “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçirilən beynəlxalq müasir incəsənət sərgilərinin genişlənməkdə olan proqramının bir hissəsidir.
Mərakeşdə boya-başa çatan L.Essaydi ömrünün bir çox ilini Səudiyyə Ərəbistanında keçirmiş və Qərb təhsili almasına baxmayaraq, ənənəvi İslam həyatı onun formalaşmasında əsas rol oynayıb. L.Essaydinin fotoəsərlərində İngres, Delakrua və Gerome kimi on doqquzuncu əsrin oriyentalist rəssamlarına xas olan ikonoqrafiya əsaslı müasir refleksiya dərhal nəzərə çarpır. Son vaxtlarda müəllif Mərakeşdə hərəm üslubunda bir sıra əsərlər yaradıb.
Onun əsərləri Parisin Luvr Muzeyində və dünyanın bir sıra məşhur muzeylərində nümayiş etdirilir.

 

 

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir