Modern.az

Dünyanın ən yaşlı insanı öldü

Dünyanın ən yaşlı insanı öldü

İqtisadiyyat

4 May 2010, 14:32

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, dünyanın ən yaşlı insanı 114 yaşındakı yaponiyalı qadın Kama Çinen həyata gözlərini yumdu. K.Çinenin olduğu Qocalar evinin sözcüsü Kaoru Şicima yaşlı qadının öncəki gün, 115 yaşını qeyd etməyə sadəcə bir həftə qalmış həyatını itirdiyini söyləyib.

10 may 1895-ci ildə doğulan Çinen ömrünün son illərini Okinavanın Nnajo bölgəsində bir Qocalar evində keçirib

Çinenin ölümündən sonra 16 fevral 1896 –cı il doğumlu Yevgeni Blançard adlı fransız qadın dünyanın ən yaşlı insanı oldu. Yaponiya hökümətinin iyul ayında yaydığı rapora görə, yüzdə 86-sı qadın olmaq üzrə 100 yaşını aşan 40 mindən çox yapon yaşayır. Birləşmiş Millətlət Təşkilatının təxminlərinə görə də 2050-ci ilə qədər 100 yaşını keçən yaponların sayı 1 milyona yaxınlaşacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır