Modern.az

Şuşanın işğal günü hansı deputatlar qan verəcəklər?

Şuşanın işğal günü hansı deputatlar qan verəcəklər?

Parlament

4 May 2010, 15:30

Parlament Jurnalistləri Birliyi (PJB) və AzərTAc-ın təşəbbüsü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə mayın 8-də saat 10.00-da, Şuşanın işğalının 18-ci ildönümü günündə Elmi Texniki Hemotologiya və Qanköçürmə İnstitutunda qanvermə aksiyası keçiriləcək. PJB sədri Elşad Eyvazlı aksiyada iştirak etmək üçün millət vəkillərinə və bütövlükdə ölkə mediasına müraciət etdiklərini bildirib.   Modern.az bir müddət öncə bir sıra mətbuat orqanların rəhbərlərinin bu aksiyanı necə qiymətləndirdiklərini və aksiyada iştirak edib-etməyəcəklərini öyrənib.

Bu dəfə isə əlaqə saxlaya bildiyimiz deputatlardan bu aksiyaya qoşulub-qoşulmayacaqlarını öyrəndik.

 

Qənirə Paşayeva: “Mütləq iştirak edəcəm. Hesab edirəm ki, belə tədbirlər tez-tez keçirilməlidir. Mən bunun əhəmiyyətini yüksək qiymətləndirirəm”.

 

Nazim Məmmədov: “Parlament Jurnalistləri Birliyinin bütün təşəbbüslərinə qatılmağa hazırıq. Əlbəttə ki, aktiv donor olmasaq da, bu aksiyaya qatılacağıq”.

 

Həvva Məmmədova: “Əlbəttə ki, qatılacağıq”.

 

Aynur Camalqızı: “Əlbəttə qatılacam. İlk növbədə jurnalist həmkarlarıma təşəkkür edirəm ki, belə bir tədbir keçirməyi planlaşdırıb”.

  

İqbal Ağazadə: “Rayondayam. Hələ dəqiq bilmirəm. Məsələnin mahiyyətini biləndən sonra qərarımı verəcəm”.

 

Fuad Muradov: “Məsələdən məlumatım var. Biz Gənclər Təşkilatları Milli Şurası olaraq bu tədbirə qatılacağıq”.

 

Elman Məmmədov: “Şüşanın işğal günü belə bir tədbirin keçirilməsini alqışlayıram. Məncə bu tədbir humanistliklə yanaşı, Vətənə qayıdışla bağlı bir çağırış kimi də qiymətləndirilməlidir. Tədbirə mütləq qatılacam”.

 

Gültəkin Hacıbəyli: “Mən bu aksiyanı dəstəkləyirəm. Böyük məmnuniyyətlə qatılardım. Ancaq xəstə olduğum üçün yəqin ki, həkim bu aksiyaya qatılmağıma icazə verməz. İnşallah, gələcəkdə bu cür aksiyalara qoşularam”.

 

Əkrəm Abdullayev: “Qanvermə aksiyasında iştirak etməyə qatılacam”.

 

İlyas İsmayılov: “Hələ bu haqda fikirləşməmişəm”.

 

Arzu Səmədbəyli: “Bu təşəbbüsü dəstəkləyirəm. Çalışacam mən də iştirak edim”.

 

  Fərhad Qəribov: “Mən Kürdəmirdə seçiciləri Kürdən müdafiə etməklə məşğulam. Bilmirəm, mayın 8-də Bakıda olacam, ya yox”.

 

Astan Şahverdiyev: “Həmin gün xeyli tədbirlərim var. Rayonda ya şəhərdə olacağımı bilmirəm”.

 

Ülvi Quliyev: “İdmançılarla birlikdə bu tədbirdə iştirak edəcəm”.

 

Gülər Əhmədova: “Bu elə bir tədbiridr ki, mütləq iştirak etməliyik”.

 

Baba Tağıyev: “Bu barədə məlumatsızam. Hələ bilmirəm”.

 

 

Sevindik Hətəmov: “Hesab edirəm ki, belə tədbirə mütləq qatılmaq lazımdır”.

 

Zahid Oruc: “Mən həmin vaxt Bərdədə olacam. Ona görə iştirak etməyəcəm. Əgər Bərdədə də belə bir aksiya təşkil olunsa, mən də qatılacam”.

Musa Quliyev: “Həmin gün eyni saatda başqa tədbirdə olacam. İmkan olsa, iştirak edəcəm. Hər halda vəziyyətə baxacam”.

 

Fazil Mustafa: “Həmin vaxt Amerikada səfərdə olacam”.

 

Aydın Abbasov: “Həmin günü xeyli tədbirlərimiz var. Ancaq buna baxmayaraq iştirak etməyə çalışacam”.

 

 

Günay MUSAYEVA

 

 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi