Modern.az

Sergey Lavrov Avropa Birliyini ittiham etdi: “Həyasızlıq edirsiz”

Sergey Lavrov Avropa Birliyini ittiham etdi: “Həyasızlıq edirsiz”

Dünya

20 Noyabr 2013, 11:00

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Birliyini postsovet dövlətlərinə təzyiq etməkdə ittiham edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə rus nazir Avropa Birliyini keçmiş SSRİ tərkibində olan ölkələrə həyasızca quruma üzv etmək üçün təsirlər etdiyini bildirib.  

“ Bu beynəlxalq təşkilat Ukrayna başda olmaqla keçmiş Sovet dövlətlərini “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Rusiya ilə Avropa Birliyi arasında seçimə məcbur edir. Avropa rəsmiləri deyir ki, siz bir seçim etməlisiniz. Ancaq bu da Avropa Birliyinin maraqlarına uyğun olmalıdır”, – deyə S. Lavrov qeyd edib.

Qeyd edək ki, Rusiya zaman-zaman Avropa Birliyini tənqid edib. Noyabrın 28- 29-da keçiriləcək Vilnüs Sammiti isə Rusiyanı yenidən qıcıqlandırır. Xatırladaq ki, bu sammitdə Ukrayna,  Gürcüstan, Moldovanın Avropa Birliyi ilə assosiativ saziş bağlayacağı gözlənilir.

 

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır