Modern.az

Keçmiş birinci ledi konsert turnesinə çıxır

Keçmiş birinci ledi konsert turnesinə çıxır

22 Noyabr 2013, 11:46


Fransanın keçmiş birinci ledisi Karla Bruninin konsert turnesi Parisdən başlayacaq. Orada 3 konsert planlaşdırılıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Bruni bundan sonra başqa şəhərlərə yollanacaq. Keçmiş prezident Nikolya Sarkozinin həyat yoldaşının konsert proqramına təkcə Fransa deyil, xarici ölkələr də daxildir. Keçmiş birinci ledi İsveçrə, Belçika, Lüksemburq, Avstriya,nAımaniya, ABŞ və Kanada da daxildir. Bruninin Parisdəki konsertinin biletlərini 30-50 avroya əldə etmək olar. ABŞ tamaşaçılarına keçmiş birinciledinin çıxışı daha baha başa gələcək, okeanın o tayında yaşayanlar üçün biletin orta qiyməti 60-70 dollar olacaq. Bruni konsertlərində yeni, 4-cü “Little French sonqs” albomundakı mahnıları ifa edəcək.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi