Modern.az

Dünyanın ən yaxşı ölkəsi hansıdır?

Dünyanın ən yaxşı ölkəsi hansıdır?

5 May 2010, 15:50

Almaniya KİV-ləri BBC-nin sosioloji xidmətinin sifarişi əsasında aparılmış sorğunun nəticələri barədə məlumatlar dərc edib. Sorğu ən yaxşı imici olan ölkələri müəyyənləşdirmək məqsədilə aparılıb. “İqtisadi forum” jurnalının məlumatına görə, sorğu 28 ölkədə yaşayan 30 min respondent arasında telefon və üzbəüz müsahibələr vasitəsilə aparılıb.

Qlobal sorğunun nəticələrinə görə, dünyanın ən müsbət imicli ölkəsi Almaniya olub. Almaniya respondentlərin 59%-nin müsbət rəyini alıb.

Almaniyaya ən çox rəğbət bəsləyən respondentlər Fransa və Cənubi Koreya vətəndaşlarıdır. Qonşu Fransada 84%, Cənubi Koreyada 82% respondent Almaniyaya üstünlük verib. Bu ölkəni ən az sevən ölkələr isə Türkiyə, Hindistan və Pakistan olub. Bu ölkələrdə göstəricilər uyğun olaraq 33%, 22% və 22% təşkil edib.

Müsbət imicli ölkələr siyahısında növbəti yerləri Yaponiya (53%), Britaniya (52%), Kanada (51%) və Fransa (49%) tutur. Avropa Birliyinə respondentlərin 53%-i müsbət baxır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir