Modern.az

Kişlərin qəlbinə gedən yol burunlarından keçirmiş

Kişlərin qəlbinə gedən yol burunlarından keçirmiş

5 May 2010, 16:37

Alman və ingilis elm adamlarından ibarət olan araşdırma qrupu kişilərdə tətbiq edilən bir burun spreyinin onlarda duyğu hissinin artığını ortaya qoyub.

 

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, sprey şəklində verilən oksitosin hormonun kişilərdəki duyğu hissini qadınların səviyyəsinə çıxardığı düşünülür.

 

Oktosin, hamiləlik və doğum sonrası dönəmində ana ilə uşaq arasında güclü bir əlaqə yaradır.

Eyni hormonun sosial əlaqələr qurulmasında, güvən duyğusunun formalaşmasında rolu olduğu təsdiqlənib.

 

48 insan üzərində psixoloji test aparılıb. Aparılan psixoloji testlərin nəticələrinə görə, oksitosin spreyenin kişiləri də qadınlar qədər həssas etdiyi söylənib.”Qadınla adətən kişilərə nisbətən daha duyğuludu. Ancaq bu sprey kişiləri duyğu baxımından qadınlara çatdıracaq”.

 

Araşdırmanın rəhbəri olan Kembric Üniversitetinin professoru Kit Kendrik burundan verilən hormonun qısa vaxt ərzində beyinə çatdığını söyləyib.

 

Neyrobilim jurnalında bildirilib ki, burun spreyinin şizofreniya kimi xəstəliklərin müalicəsində də faydalı ola biləcəyi düşünülür.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı