Modern.az

Kennedinin sirli qətlindən 50 il keçdi

Kennedinin sirli qətlindən 50 il keçdi

22 Noyabr 2013, 16:26


Modern.az
-ın məlumatına görə, noyabrın 22-də ABŞ-da Ağ evin 35-ci rəhbəri olan Con Kennedinin öldürülməsinin 50 illiyi ilə bağlı xatirə günü keçirilib. Vaşinqtonda keçiriləcək tədbirlər zamanı prezident Barak Obamanın çağırışı ilə dövlət bayrağı endirilib. Xatirə tədbirləri 1963-cü ildə bu faciənin baş verdiyi Texas ştatında-Dallasda da təşkil olunub. 

Üstündən 50 il keçməsinə baxmayaraq Kennedinin qətli ilə bağlı versiyalar hələ də səslənməkdədir. Çoxlarının fikrincə, XX əsrin ən səs-küylü qətlinin üstü indiyədək açılmayıb. Qeyd edək ki, hadisə zamanı 7 saniyə ərzində 3 atəş açılıb.  Qətlin araşıdırılması üzrə yaradılan komissiyanın rəyinə görə qatil Osvald tək olub, Kennediyə isə atəş altıncı mərtəbədən açılıb. Amma bəzilərinin fikrincə, Osvald qısa müddətdə iki dəqiq atəş aça bilməzdi. Bu səbəbdən ikinci bir şəxsin də Osvaldla birgə olduğu istisna edilmir. Bu gün “Moskovski komsomolets” qəzeti qətlin 6 mümkün sifarişçisini açıqlayıb:

1. Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Xidməti

2. Pentaqon

3. ABŞ-ın gizli xidməti 

4. Mafiya

5. Kuba hakimiyyəti

6. SSRİ

Bunların arasından SSRİ versiyası daha inandırıcı görünür. Qəzetin yazdığına görə, Li Harvi Osvald iki il yarım Minskdə yaşadıqdan sonra rus millətindən olan arvadı Marina və ilk qız övladı ilə birgə vətəninə qayıdıb. Bu versiyanın real olduğunu iddia edənlərin fikrincə, SSRİ-nin Kennedinin qətlində maraqlı olması fövqəladə dərəcədə sadədir: Nikita Xruşşova Karib hövzəsindəki böhrana görə ABŞ-dan qisas almaq lazım idi. Amma bu versiyanı indiyədək sübut etmək üçün heç bir dəlil-sübut yoxdur. Digər versiyaya görə, Kennedinin qətlinin arxasında Cənubi Vyetnam durur. İddiaya görə, 1963-cü il noyabrın 1-də bu respublikanın prezidenti  Nqo Din Zyemin öldürülməsinin əvəzi çıxılıb. Kennedi administrasiyası Zyeminin əsas sponsoru olsa da, onun idarəçiliyini effektli hesab etmədiyindən sonradan aradan götürülməsinə qərar verib. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi