Modern.az

“Prezidentin qızı ölkədən qaçmaq istəyir”

“Prezidentin qızı ölkədən qaçmaq istəyir”

23 Noyabr 2013, 12:38


Özbəkistanın prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ölkəni tərk etməyə hazırlaşır. Modern.az bildirir ki, bu barədə G.Kərimovaya məxsus “Terraqrup” şirkətinin adının çəkilməsinin istəməyən meneceri məlumat verib.

“Bizə bəlli olub ki, Gülnarə Kərimova ölkədən çıxıb getmək istəyir”-deyə o “İnterfaks”a açıqlamsnda bildirib. Amma menecer ölkənin adını çəkə bilməyib.

Qeyd edək ki, oktyabrın sonundan etibarən İslam Kərimovla qızı arasında ciddi münaqişə yaşanır. G.Kərimovanın bütün təsir rıçaqları əlindən alınıb. Rəhbəri olduğu media holdinq möhürlənib. Prezidentin doğma qızına qarşı bu addımlarının səbəbi hələ ki bəlli deyil. 

X.SƏFƏRLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir