Modern.az

David Şahnazaryan: “Rusiyanın əsas məqsədi Qarabağa öz hərbçilərini yerləşdirməkdir”

David Şahnazaryan: “Rusiyanın əsas məqsədi Qarabağa öz hərbçilərini yerləşdirməkdir”

Dünya

26 Noyabr 2013, 15:03


Rusiya Qarabağ münaqişəsindən həmuşə öz maraqları üçün istifadə edəcək və məsələ erməni tərəfinin xeyrinə həll olunmayacaq. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bunu noyabrın 26-da keçirilən mətbuat konfransında Ermənistanın keçmiş xarici işlər naziri David Şahnazaryan deyib: “1988-ci ildə başlayan hərəkat zamanı biz əvvəlcə Qarabağdan Rusiya hərbçilərini, sonra azərbaycanlılatı çıxardıq. Milli-azadlıq hərəkatının üzvləri 1988-ci ildə məhz Rusiya hərbçilərinə qarşı döyüşürdü. Qarabağda müharibə Rusiya hərbçilərinin təşkil etdiyi “Dairə” əməliyyatı ilə başlayıb”.

Onun sözlərinə görə, Rusiya həmişə bu məsələni idarə edib və həmişə öz maraqları naminə idarə edəcək. Keçmiş nazirin fikrincə, Rusiyanın əsas məqsədi münaqişənin yubanması və Qarabağa sülhməramlı qüvvələr adı ilə öz hərbi qüvvələrini yerləşdirməkdir. 

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?