Modern.az

Jalə Əliyeva: “Zərdabda Kürün səviyyəsi qalxıb”

Jalə Əliyeva: “Zərdabda Kürün səviyyəsi qalxıb”

Parlament

6 May 2010, 18:02

Yağmurlu hava nəticəsində Kürətrafı rayonlarda təhlükləli durum davam edir. Modern.az saytı Kür çayının təhlükə törətdiyi rayonların deputatları ilə əlaqə saxlayaraq son durumu öyrənib.

 

Zərdab.  “Zərdabdan bu gün səhər çıxmışam. Təhlükə hələ də qalmaqdadır. Suyun səviyyəsi 3-4 sm qalxıb. Qarasuda isə 10 sm aşağı düşüb. Suyun səviyyəsinin qalxması yəqin ki, dünən yağan yağışlar nəticəsində olub. Zərdabın 7 kəndində oldum. Əlavə olaraq da bir qəzalı məktəb aşkar olundu. Fövqaladə Hallar Nazirliyinin nümayəndəsi də orda oldu. Bildirildi ki, burada həqiqətən dərs keçilə bilməz. Bəndləri möhkəmləndirmə işləri davam edir. Bu gün əlavə olaraq rayona 5 nasos  gətirilib”.

 

                                                       Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?