Modern.az

Qatarda tapdığı 50 min dolları sahibinə qaytardı

Qatarda tapdığı 50 min dolları sahibinə qaytardı

İqtisadiyyat

29 Noyabr 2013, 16:50

Türkiyədə vicdanlı sərnişin tapdığı çantanı geri qaytarıb. Modern.az Türkiyənin “Hurriyet” qəzetinə istinadən bildirir ki, Fevzi Kaynar İstanbulun bir rayonundan digərinə gedib. O, qatara mindikdən sonra içərisində 50 min dollar və külli miqdarda Türkiyə lirəsi olan çanta tapıb. Fevzi Kaynar çantanı növbəti stansiyada təhlükəsizlik xidmətinin əməkdaşlarına verib. Onlar itki barədə məlumat verəndən sonra çantanın sahibi tapılıb. Məlum olub ki, çantanı qatarda Türkmənistan vətəndaşı Sohrab Qaydarov unudub. Polis əməkdaşlarının iştirakı ilə çantası qaytarılan türkmənistanlı Fevzi Kaynara təşəkkürünü bildirib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır