Modern.az

Nə kişi kişidir, nə də qadın qadındır…

Nə kişi kişidir, nə də qadın qadındır…

30 Noyabr 2013, 21:25

Əslində bu şəkli gördükdən sonra təəccüblənməmək və etiraz etməmək qəribə olardı. Lakin bu əhvalat o əhvalat deyil. İş ondadır ki, bu şəkillərdə gördüyünüz hamilə kişi əslində qadındır. Bugun.az yazır ki, 26 yaşlı Aleksis cinsiyyət etibarilə qadın olmasına baxmayaraq, hələ uşaqlıqdan özünü kişi kimi hiss edir, gerçək kimliyinə qovuşmağı arzu edirmiş. Üç il bundan əvvəl o, nəhayət ki, arzusuna çatır; yerli klinikalardan biri Karen üçün hormonal müalicə kursu tətbiq etməyə başlayır.

Keçən üç il ərzində hormonlar öz işini görüb – Alesis indi əsil kişi görkəminə malikdir. 

Şəkildəki  “kişi” isə Aleksisin tam tərsi olaraq, bir neçə il öncəyə qədər qadın idi. 29 yaşlı Karen də eynən Aleksis kimi cinsiyyətini dəyişdirməyi arzu edirmiş-yəni kişi olmağı.  Və argentinalı həkimlərin səyi ilə o da arzusuna çatır.

Məslələnin ən incə tərəfi ondan ibarətdir ki, Aleksis və Karen hormonal transformasiya (dəyişmə) problemlərini həll etsələr də, toylarına qədər cinsiyyət orqanlarını dəyişməyə macal tapmayıblar. Səbəbi də sadədir-Argentina qanunları bir il əvvələ qədər transseksualların cinsiyyət dəyişdirmək hüququnu rədd edirdi. Bir il əvvəl isə ölkə parlamenti bu qadağanı qaldırıb.

Odur ki, hormonlarını və adlarıı dəyişdirmiş Aleksis və Karen hələ ki, nə qadin kimi qadındırlar, nə də kişi kimi kişi.

Həm də mənzərənin tündlüyü bununla da bitmir-Aleksis (şəkildəki kişi) 8 aylıq hamilədir, 1 ay sonra kesr üsulu ilə uşaq dünyaya gətirəcək. Daha sonra isə cinsiyyət orqanını dəyişib əməlli-başlı kişi olacaq. Uşağın fiziki atası Karen isə qadın.

Bəs üşağın sənədlərində valideynlər qrafasında nə yazılacaq?

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir