Modern.az

Tanınmış futbolçu təbliğata qoşuldu

Tanınmış futbolçu  təbliğata qoşuldu

İqtisadiyyat

3 Dekabr 2013, 16:31

Azərbaycan Səhiyyə Kommunikasiyası Assosasiyası (ASKA) tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Məktəbli uşaqlar arasında sağlam həyat tərzi mövzusunda komikslərinəyləncəli tədris vasitələrinin nəşri və yayılması” layihəsi çərçivəsində “İlkin köklüyə necə qalib gəldi” və  “Səməd siqaretə necə qalib gəldi” adlı komikslər  nəşr edilib. Hər iki komiks yüksək poliqrafik standartlarla 1500 ədəd  tirajla çap olunub.


“Səməd siqaretə necə qalib gəldi” adlı komiksin hazırlanmsı zamanı hədəf qrupunun psixologiyası, spesipik xüsusiyyətləri nəzərə alınıb. Hədəf qrupu arasında populyar idman növü olan futbol tematikasına üstünlük verilib. Hədəf qrupunun diqqətini cəlb etmək və verilən mesajların anlaşılması və dərk olunmasına nail olunması üçün dinamik və parlaq epizodları ilə seçilən sujet xətti seçilib. Komiksdə verilən mesajların daha təsirli olması üçün «Qarabağ» Futbol Klubunun kapitanı Rəşad Sadıxovun şəklindən istifadə olunub və onun adından mesajlar verilib. Bu məqsədlə “Qarabağ” Futbol Klubu ilə Saziş imzalanıb. “Qarabağ” Futbol Klubu və ASKA orta məktəb şagidləri arasında sağlam həyat tərzinin təbliğinə töhfə vermək  niyyəti ilə təmənnasız olaraq  bu Sazişi imzalayıblar.

“İlkin köklüyə necə qalib gəldi” adlı komiksdə süjet xətti elə qurulub ki, düzgün qidalanma ilə bağlı verilən mesajlar real həyat hadisələrinə söykənsin. Bu komiksi oxuyan hər bir şagird dərahl özünü və yoldaşlarını təsvir edilən məkan və zamanda hiss edə bilsin. Komiksdə orta məktəb şagirdlərinin Azərbaycanın gözəl guşələrindən olan Şəkidə “Gələrsən-görərsən” qalasına səfərinədn bəhs edilir. Artıq çəkidən əizyyət çəkən İlkinin hansı çətinliklərə üzləşdiyini bə artıq çəkinin ona mənfi təsirlərini anlamasından bəhs edilir. Şəki və “Gələrsən-görərsən” qalası məxsusi olaraq seçilib ki, hədəf qrupunun diqqətni cləb etsin və onlarda maraq yaratsın.

Komikslərin orta məktəb şagirdləri arasında paylanması üçün Təhsil Nazirliyinə təqdim edilib.

ASKA İdarə Heyətinin sədri Nurlan Əliyev bildirib ki, orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin təbliğində əyləncəli tədris vasitələrindən istifadə praktikası hələ ki, Azərbyacanda o qədər də geniş tətbiq olunmur. Baxmayaraq ki, dünya təcrübəsində bu çox geniş yayılıb. Onun sözlərinə görə, tədqiqatlar göstərir ki,  indiki dövrdə ənənəvi maarifləndirmə, məlumatalndırma üsulları ilə orta məktəb şagirdlərinin diqqətini cəlb etmək, onlarda maraq oyatmaq olduqca çətindir:  “Bu sahədə də dövrün tələbləri ilə ayaqlaşmaq lazımdır. Bu baxımdan ASKA-nın komikslərin nəşri ilə bağlı təşəbbüsü bu istiqamətdə ilk addımalrdan biri kimi çox böyük əhəmiyyət kəsb edir. Bu təcrübənin bizi çox öyrədəcəyini, maarifləndirmədə yeni üsul və vasitələrin praktikada necə işləyəcəyi barədə real məlumatlar almağa imkan verəcəyini düşünürük. Əminik ki, bu addımdan sonra orta məktəb şagirdləri, yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğində innovativ təşəbbüslər daha geniş miqyas alacaq”.

N.Əliyev layihənin həyata keçirilməsində verdikləri dəstəyə görə, QHT-lərə Dövlət Dəstəyi Şurasına, Təhsil Nazirliyinə, “Qarabağ” Futbol Klubuna və şəxsən Rəşad Sadıqova, QHT Nəşriyyatına təşəkkürünü bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır