Modern.az

Şaxta Baba və Qar qızlar bu il Bakıda test imtahanı verəcək - Bulvar İdarəsi

Şaxta Baba və Qar qızlar bu il Bakıda test imtahanı verəcək - Bulvar İdarəsi

İqtisadiyyat

4 Dekabr 2013, 10:23

Dekabr ayına qədəm qoyan kimi hər yerdə Yeni il hazırlıqlar başlayır. Dünyanın hər yerində olduğu kimi, şəhərimizdə də mağazalar bəzədilir, mərkəz yerlərdə şam ağacları quraşdırılır, bəzək əşyaları və bayrama lazım olan digər ləvazimatlar satılır. Paytaxt da artıq Yeni il hazırlıqlarının təlaşını yaşayır.

Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Modern.az-a bildirib ki, bu il Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək istəyənlər testdən keçməli olacaq. “İdarənin xüsusi bir komissiyası var ki, lisenziya almış Şaxta baba və Qar qızları üçün xüsusi testlər keçir. Çünki Dənizkənarı Bulvar ərazisi şəhərin ən qonaq-qaralı hissəsidir. Bura həm Azərbaycan vətəndaşları , həm də xarici turistlər gəlir. Burada Şaxta baba və Qar qız fəaliyyəti göstərən insanların görkəmləri, geyimləri, həm də onların intellektləri fərqli olmalıdır. Hər il olduğu kimi, bu il də onlara nəzarət olunacaq”.

N. Məcidov deyir ki, Şaxta baba və Qar qızlarının fəaliyyəti, eləcə də şam ağaclarının quraşdırılmasına dekabrın 20-dən sonra başlayacaqlar. Onun sözlərinə görə, lisenziya alan Şaxta baba və Qar qızları testlərdən keçə bilməsə, onların fəaliyyətinə imkan yaradılmayacaq.

“Hər il təxminən 20 nəfər müraciət edir ki, onlardan 8-10 nəfərindən imtina edirik. Təbii ki, bu il də belə hallar olacaq. Dənizkənarı bulvar ərazisi genişləndiyindən bu il 15 şam ağacının quraşdırılması gözlənilir. Bütün şam ağacları süni olacaq. Çünki bir neçə gündən ötrü təbii şam ağacını korlamağa dəyməz. Həm də hündürlüyünə görə, təbii şam ağacları tapmaq çətindir. Hər il bu ağaclar yığılır və növbəti il Yeni il ərəfəsi quraşdırılır”.   


Gültəkin ƏLƏSGƏR

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır