Modern.az

Ziyad Səmədzadə: “Bizim qəbul etdiyimiz qanunlar icra olunur”

Ziyad Səmədzadə: “Bizim qəbul etdiyimiz qanunlar icra olunur”

Parlament

7 May 2010, 14:14

Azərbaycan Respublikasının Milli Məclisində ölkəmizin ictimai və siyasi həyatına dair münasibətlərin tənzimləməsinə xidmət edən müxtəlif qanunlar qəbul edilib. Bir çox ekspertlər deyirlər ki, Azərbaycanda bütün sahələdə dair kifayət qədər mükəmməl qanunlar qəbul olunsa da, qanunvericilikdə narahatlıq doğuran əsas problem qanunların icra vəziyyətilə bağlıdır. Yəni yaxşı qanunlar var, amma onlar icra olunmur. Ayrı-ayrı təbəqələrin nümayəndələri arasında keçirdiyimiz rəy sorguları zamanı əksəriyyət Milli Məclisdə qəbul olunan qanunların icrasının onları qane etmədiyini bildirib. Bəs bu qanunların hazırlanmasında iştirak edən Milli Məclisin komitə sədrləri nə düşünür?

Modern.az saytı Milli Məclisin komitə rəhbərlərinin də məsələyə münasibətini öyrənib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə: “Milli Məclisdə qəbul olunan sənədlərin icrası məni əsasən qane edir. Öz komitəmizin işinə gəlincə, deyə bilərəm ki, bizim qəbul etdiyimiz qanunlar icra olunur”.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir