Modern.az

2014-cü il - “At ili” insanlara qeyri-stabillik gətirəcək - Astroloqlardan PROQNOZ

2014-cü il - “At ili” insanlara qeyri-stabillik gətirəcək - Astroloqlardan PROQNOZ

4 Dekabr 2013, 15:21

Yeni ilə artıq sayılı günlər qalıb. İndi astrologiya ilə maraqlanan çoxsaylı insanları Şərq təqviminə görə, 2014-cü ilin hansı heyvan üstə təhvil olacağı maraqlandırır. Bəribaşdan qeyd edək ki, Şərq təqviminə görə, 2014-cü il “At ili”dir. Bəs “At ili” nələr vəd edir?

Modern.az saytı xarici KİV-lərə istinadən “At ili”ndə nələrin olacağı ilə sizləri tanış edir:

Şərq ulduz falına əsasən, 2014-cü il göy atların ili olacaq. Astroloqların sözlərinə görə, növbəti 365 gün dinamik, hətta ehtiraslı il olacaq. 2014 sevgi, qısqanclıq və ehtiras ilidir. Xüsusilə sonsuzadək sürəcək emosional sevgi.

Kimisə maliyyə problemləri gözləyir, kimsə iş yerini daha yaxşısı ilə əvəz edəcək. Yeri gəlmişkən, il ərzində əsassız xərclərdən çəkinməklə maliyyə problemlərindən qaçmaq olar.

Səyahət etməyi sevənlərin də 2014-cü ildə öz turizm arzularını reallaşdırmağa şansı olacaq.

“At ili”ndə doğulanlar, həmçinin yaradıcı, qeyri-adi şəxsiyyətlər üçün bu il xüsusilə rahat keçəcək. Ancaq bu insanlar öyünməməlidirlər. Çünki “At” tezliklə onlara istiqamətlənib yeni xəbərlərlə gələcək. “Atlar” hiyləgərliyi, qeyri-səmimiliyi, haqsızlığı sevmirlər.

2014-cü ildə ən yaxşı talisman göy, taxta at və nal ola bilər. Bir şərtlə ki, insanlar həqiqətən, onların gücünə inansın.

“At ili”nin baş ünsürü sudur. Baxmayaraq ki, atalara “At muraddır” deyiblər, astoloqlar 2014-cü ilin insanlara qeyri-stabillik gətirəcəyini proqnozlaşdırırlar. Buna görə də onlar insanları plan əsasında hərəkət etməyə, ehtiyatlı olmağa çağırıblar.

Misranə Həsənzadə

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir