Modern.az

Bambaşqa Üsamə Bin Laden - FOTOFAKT

Bambaşqa Üsamə Bin Laden - FOTOFAKT

7 Dekabr 2013, 10:38

1993-cü ildə “The Independent” qəzetində (İngiltərə) Robert Fisk imzasıyla yayımlanan müsahibədə indikindən çox fərqli Üsamə Bin Laden portreti çəkilmişdi. Müsahibədə Bin Laden 1980-ci illərdə sovet ordusu ilə savaşan bir qəhrəman kimi təqdim olunurdu. Yazının adı da bunu deyirdi: “Antisovet döyüşçü ordusunu sülh yoluna çıxardı”.

Modern.az-ın məlumatına görə Sudanda yol və liman inşasıyla məşğul olmuş gələcək 1 saylı terrorçunun geniş tərcümeyi-halını qələmə almış Robert Fisk “The Independent”də onu həm də sadə bir mühəndis və fermer kimi tanıdırdı. Sovet ordusu ilə mübarizənin vacibliyini vurğulayan Bin Laden sonda sovetlərə qarşı döyüşənlərin zəfər qazanacaqlarına inandığını deyirdi. O, dağlarda döyüşçü hazırlamadığını, əksinə öz iş-gücü ilə məşğul olduğunu iddia edirdi.

“The İndependent” də inanırdı ki, Üsamə Bİn Laden əfqan mücahidləri ilə yalnız mənəvi təması olan bir şəxsdir. Ya da başqalarını buna inandırmaq istəyirdi.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər