Modern.az

Barak Obamaya iPhone işlətmək qadağandır

Barak Obamaya iPhone işlətmək qadağandır

7 Dekabr 2013, 15:28

ABŞ prezidenti Barak Obamanın təhlükəsizlik məqsədilə ilə iPhone istifadə etməsinə icazə verilmədiyi ortaya çıxdı. Davamlı Blackberry markalı telefon istifadə edərkən görüntülənən Obamanın bu seçiminin səbəbi uzun zaman idi, hər kəsi maraqlandırırdı. Modern.az-ın “Radikal”a istinad etdiyi xəbərə görə, iPhone dəliliyi bütün ABŞ və dünyanı bürümüşkən prezidentin maliyyə çətinlikləri içində üzən bir şirkət olan BlackBerryidə inad etməsinin arxasında təhlükəsizlik narahatlığının olduğu ortaya bilindi. Ağ Evə səhiyyə qanunu ilə əlaqədar görüşmək üçün gələn gənclərlə etdiyi görüşdə Obama bir gəncin sualına “Təhlükəsizlik səbəbləri ilə ABŞ prezidenti olaraq iPhone istifadə etməyim qadağandır” deyib. Qızlarının iPhone istifadə etdiklərini və bu məsələdə hər hansı bir müdaxilə etmədiyini söyləyən Obama, hətta onların iPhone-lardan gözlərini ayıra bilmədiyini da dilə gətirib. 

Misranə Həsənzadə 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!