Modern.az

Hira dağının sirri

Hira dağının sirri

İqtisadiyyat

7 Dekabr 2013, 15:59

İnsan özünü və ətrafdakıları tanımağa möhtacdır . Elə bu mərifət sayəsində gözüaçıqlıqla yaşayır , haradan gəldiyini , haraya gedəcəyini və harada olduğunu yaxşıca bilər və kamilləşmək uğrunda hərəkət etmək üçün , lazım olan prinsipləri tanıyar . Bir sözlə desək, insanın təkamülü həmən bu mərifətlərdən asılıdır .

Varlığı xüsusilə qeyri-maddi aləmi tanımaq, yalnız qeyri-maddi aləmin elçiləri olan əmin və sədaqətli insanların vasitəsilə mümkündür . İnsanın varlığında və içərisində olan əql, yalnız bu yolgöstərənlərin  vasitəsilə mənəvi həqiqətləri dərk etməyə qadirdir .

Həmin elçinin sonuncusu Həzrərti Məhəmmdəddir. Məhəmməd ( s ) peyğəmbərliyə seçilməzdən əvvəl ilin bir ayını Hira mağarasında keçirərdi . Hira Məkkənin Şimal səmtində bir dağdır. Həmin dağın başında bir mağara var . Mağaranı dağın adı ilə əlaqədar olaraq Hira mağarası adlandırırlar. Bu bir ay ərzində ibadətlə məşğul olardı . Əgər bir nəfər ac onun yanına getsəydi, ona yemək verərdi. Bir ay başa çatdıqdan sonra əvvəl gəlib Kəbəni yeddi dəfə ziyarət edib sonra evə qayıdardı .

Tarixi faktlardan məlum olur ki, Peyğəmbər ( s ) Əli əleyhissəlama olan xüsusi əlaqəsinə görə onu da özü ilə Hira mağarasına aparardı .

Vəh mələyi (Cəbrail ) ilk dəfə Hira mağarasına gəlib peyğəmbərin (s) Allah – Təala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, Həzrət Əli (ə) da onun yanında idi . O gün də peyğəmbərin Hira mağarasına ibadətə gedən ayın günlərindən biri idi .

Əli (ə) “Qasiə “xütbəsində bu barədə buyurur: “Peyğəmbər (s) hər il Hira mağarasına ziyarətə gedərdi. Məndən başqa heç kim onu görməzdi... Ona ilk dəfə vəhy nazil olan zaman mən şeytanın fəryadını eşitdim. Peyğəmbərə ( s) dedim: “Bu nə qışqırıqdır? “ Cavab verdi ki, bu ,şeytanın qışqırırğıdır. Qışqırmasının da  səbəbi odur ki, o,amaatı Yer üzündə aldatmaqdan naümid oldu. Mən eşidənləri sən eşidirsən, mən görənləri sən də görürsən. Təkcə fərqimiz budur ki, sən peyğəmbər deyilsən"ş
Həzrət Muhəmməd ( s ) buyurmuşdu: “Mən sizin aranızda iki qiymətli şeyi əmanət qoyub gedirəm, biri Allahın kitabı, digəri isə Əhli – beytimdir. Onlara bağlı olana qədər, heç vaxt yolunuzu azmayacaqsınız. Onlar cənnətdə kövsər hövzü mənə qovuşanadək bir –birlərindən ayrılmayacaqlar “.

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı