Modern.az

Bakıda təxribatdan yayınan Şaxta baba - FOTO

Bakıda təxribatdan yayınan Şaxta baba - FOTO

9 Dekabr 2013, 11:14

Yeni ilə 20 gün qalmış artıq paytaxt küçələrində Şaxta babalar və Qar qızlar görünməyə başlayıb.

Modern.az əməkdaşının “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında rastlaşdığı “Şaxta baba” 37 yaşının olduğunu desə də, səsindən daha gənc adam təsiri bağışlayırdı.

“Bakıda yaşayıram. Orta təhsilliyəm. Subayam. Uşaqlara olan sevgimdən hər il Şaxta baba personajını canlandırıram. Özüm mütəmadi müraciət edirəm, harda lazım olsa, Şaxtababalıq edirəm“.

Hazırda işsiz-gücsüz olduğunu deyən “Şaxta baba” əsl adını da gizlətdi. Təmənnasız xidmət göstərdiyini, soyuğun adamın iliyinə işlədiyi bir vaxtda “qardaş qardaşı təmənnasız 5 dəqiqə də küçədə gözləməz” deyən “aktyor”un qılığına girmək mümkün olmadı.

“Mənə təxribatçı suallar verməyin”. 



Gülşən Raufqızı
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir