Modern.az

Dövlət Departamenti Rusiyanı Ukraynada siyasi vəziyyətin həllinə nail olmağa çağırıb

Dövlət Departamenti Rusiyanı Ukraynada siyasi vəziyyətin həllinə nail olmağa çağırıb

Dünya

10 Dekabr 2013, 06:43

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Moskvada keçirdiyi görüşlərdə Rusiyanı Ukraynadakı siyasi vəziyyətin həllinə nail olmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə dövlət departamenti bildirib.

"Nuland Ukraynadakı vəziyyətdən dərin narahatlığını bildirərək Rusiyanı öz nüfuzundan istifadə etməklə sülhə, insan ləyaqətinə və siyasi həllinə nail olmağa çağırıb," - dövlət departamentinin məlumatında deyilir.

Nuland Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, həmçinin xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Aleksey Meşkovla görüşüb, dövlət departamenti qeyd edib.

"Dövlət katibinin köməkçisi Nuland rusiyalı həmkarlarına bəyan edib ki, ABŞ Ukraynanın Avropa seçimini, hazırkı qarşıdurmanın ədalətli həllini və Beynəlxalq valyuta fondunun köməyi ilə iqtisadi sağlamlaşdırılmasını dəstəkləyir", - məlumatda deyilir.

Nulandın Moskvadakı ikitərəfli görüşləri məhsuldar olub, Rusiya və ABŞ iqtisadi əlaqələr, silahlara nəzarət və təhlükəsizlik məsələləri müzakirə olunub, dövlət departamenti qeyd edib.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı