Modern.az

Hitler salamı verən türklər saxlanıldı

Hitler salamı verən türklər saxlanıldı

İqtisadiyyat

10 Dekabr 2013, 12:06

Polşadakı Auschwitz düşərgəsi qarşısında Hitler salamıyla poza verərək şəkil çəkdirən iki türk Polşa polisi tərəfindən saxlanılıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bazar günü üzərində "Arbeit macht frei" (İşləmək azad edər) yazısının olduğu toplama düşərgəsinin qapısının qarşısında baş verib.
22 yaşındakı tələbələr faşizm təbliğatı etməklə günahlandırılır. Polşada Nasional Sosializm simvollarının istifadəsi cəzalandırılır. Saxlanılan tələbələrin Macarıstanın paytaxtı Budapeştdə tarix təhsili aldıqları bildirilir.

Auschwitz, Almanların İkinci Dünya Müharibəsi dövründə Polşada açdıqları ən böyük toplama düşərgəsiydi. Düşərgədə öldürülən təxminən 1 milyon 300 min insanın böyük əksəriyyəti yəhudi idi.

Misranə Həsənzadə

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir