Modern.az

Baş nazir nümayişçilər qarşısında ağladı

Baş nazir nümayişçilər qarşısında ağladı

10 Dekabr 2013, 14:33

Tailandın baş nazir vəzifəsini müvəqqəti icra edən Yinqlak Çinavat Banqkok küçələrində etiraz edən nümayişçilər qarşısına gözü yaşlı çıxaraq onlardan ədalətli olmağa çağırıb: Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Çinavat artıq güzəştə getdiklərini vurğulayaraq deyib: “Mən ədalətli olmağınızı xahiş edirəm”. O, Nazirlər Kabinetinin iclasında çıxış edərkən isə deyib ki, gələn il fevralın 2-dək, parlamentə növbədənkənar seçkilər keçirilənə qədər postundan getməyəcək. Nazirlər Kabinetinin Banqkokdakı binasını qarşısındakı meydanı zəbt edən nümayişçilər isə müvəqqəti hökumətin istefaya gedərək hakimiyyətin “Xalq şurası”na təhvil verilməsini tələb edirlər. Müxalifətin fikrincə, yeni hökumətin tərkibini kral təsdiqləməlidir.


Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir