Modern.az

Bu gün Nobel mükafatları veriləcək

Bu gün Nobel mükafatları veriləcək

İqtisadiyyat

10 Dekabr 2013, 16:35


Bu gün Oslo və Stokholmda 2013-cü ildə Nobel mükafatlarının təqdimetmə mərasimi keçiriləcək. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın matəm mərasimi ilə əlaqədar Stokholmdakı mükafatlandırma tədbirinə İsveçin vəliəhd kraliçası Viktoriya və ölkə hökumətinin rəhbəri Fredrik Raynfeldt iştirak etməyəcək. Builki Nobel mükafatlarının qalibi ümumilikdə 13 laureat və bir təşkilat olub. Nobelçinin ən qocası fizika üzrə mükafatın sahibi 84 yaşlı Piter Hiqqs, ən gənci tibb sahəsi üzrə mükafatçı 57 yaşlı Tomas Zyudofdur. Sülh üzrə mükafat BMT-nin dəstəyilə yaradılan Kimyəvi Silahın Yayılmaması Təşkilatına  veriləcək.

Bu il ədəbiyyat üzrə mükafata kanadalı yazıçı Alis Munro layiq görülüb. Lakin səhhətində yaranan problem səbəbindən 82 yaşlı qadın mükafatlandırma mərasimində iştirak edə bilməyəcək. Onun mükafatı qızı yazıçı Ceni Munroya təqdim olunacaq. Fiziologiya, yaxud tibb üzrə Nobel mükafatı ABŞ-dan olan tədqiqatçılar Ceyms Rotman, Rendi Şekman və Tomas Zyudova veriləcək. Fizika üzrə mükafatı britaniyalı tədqiqatçı Piter Hiqqs və belçikalı Fransua Enqler alacaqlar. Kimya üzrə mükafat ABŞ-da çalışan Martin Karplyus, Maykl Levitta və Ari Uorşelin qismətinə düşüb. İqtisadiyyat üzrə builki Nobel mükafatçısı ABŞ-da işləyən iqtisadçılar Yudjinu Fame, Lars Piter Hansen və Robert Şiller olublar. 

Modern.az                                      
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır