Modern.az

Deputat Əli Məsimli ilə fotosöhbət

Deputat Əli Məsimli ilə fotosöhbət

11 May 2010, 09:00

Əli Əhməd oğlu Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. Rus dilini bilir.
1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993–2005-ci illərdə «Müstəqil İqtisadçılar Birliyi» ictimai təşkilatının prezidenti vəzifələrində çalışıb.
Azad Demokratlar Birliyi Təşkilat Komitəsinin sədridir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.

 

Bu şəkli ibtidai sinifdə oxuyanda çəkdirmişəm.

 

1967-ci il. Yeddinci sinifdə oxuyuram. Arxa sırada tən ortada dayanmışam.

 

Şəkil 1969-cu il 22 may tarixində lentə alınıb. Artıq doqquzuncu sinifdə oxuyuram. Arxada soldan 4-cü mənəm.

 

Sovet Ordusunda hərbi xidmətdəyəm.

 

Anamdı. Təəssüf ki, anamla və atamla birgə şəkilim yoxdu.

 

Bu şəkil 1971-ci ildə mən tələbə olanda çəkilib. Yanımdakılar qardaşım uşaqlarıdır. 

 

Gənc vaxtlarımdı. Uşaqları gəzməyə çıxarmışam. 

 

Aspiranturada oxuduğum vaxtların şəklidi.

 

Atam Əhməd Məsimli müharibə iştirakçısı olub.

 

Gənclik illərinin daha bir xatirəsi...

 

Türkiyənin ali rəhbərliyi ilə yanaşı.

 

Bu şəkil mən baş nazir işləyərkən çəkilib. Görüşdə Azərbaycan baş nazirinin I müavini Vahid Əhmədov, Türkiyə prezidenti Turqut Özal, Azərbaycan prezidenti Əbülfəz Elçibəy və Türkiyənin xarici işlər naziri Hikmət Çətin iştirak edir.

 

Baş nazir kimi ABŞ konqresmenini qəbul edərkən.

 

21 mart 1993-cü il. Türk Dövlət və Topluluqlarının Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayında.  

 

Həmin qurultayda Türkiyənin 8-ci prezidenti Turqut Özal və baş nazir Süleyman Dəmirəl, Quzey Kıprıs Türk Cümhuriyyətinin prezidenti Rauf Denktaşla birgə.  

 

2001-ci ildə Yaponiyanın paytaxtı Tokioya getmişdim.

Bu şəkil də Yaponiyada çəkilib.

 

Türkiyədə səfərdəyik.

 

Yaponiyada səfərdə olarkən bu ölkənin milli bayramında iştirak etdik. 

 

2001-ci il. Tokio Fond Birjasında.

 

Malayziyada avtomobil zavodundayam.

 

Türkiyədə dostlarla birgə.

 

2005-ci il parlament seçkilərinə hazırlaşıram.

 

Bolqarıstana beynəlxalq konfransa getmişdik.

 

Soldakı məşhur türk pəhləvanı, ağırlıqqaldırma üzrə dəfələrlə dünya çempionu Naim Süleymanoğludur.

 

Milli Məclisin üzvlərilə Londonda səfərdəyik.

 

Milli Məclisin üzvü kimi çəkdirdiyim yaxşı şəkillərdən biri.

 

2008-ci il. Avstriyanın paytaxtı Vyana şəhərində.

 

Parlament Jurnalistləri Birliyinin keçirdiyi sorğuda 2009-cu ilin fəal deputatlarından biri də mən oldum.

 

Oqtay Əsədovun rəhbərlik etdiyi Milli Məclis üzvləri Xorvatiya prezidenti ilə görüşdəyik.

Deputat həmkarlarımla Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşürük.

 

Vaxtilə Nazirlər Kabinetində birgə çalışdığım Vahid Əhmədovla Milli Məclisdə yanaşı əyləşirik.

 

Oğlum Anarla birgəyəm.

 

Xəzər dənizində gəmi ilə gəzinti işdən sonra yorğunluğun aradan qalxmasına kömək edir.  


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu