Modern.az

Məhkəmə mollanın edam cəzasını təsdiqlədi

Məhkəmə mollanın edam cəzasını təsdiqlədi

12 Dekabr 2013, 13:19

Banqladeş Yüksək Məhkəməsi Camaatı İslam Partiyasının ümumi katibinin köməkçisi Abdülkadir Mollaya verilən edam cəzasını təsdiqləyib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, məhkəmə heyəti Mollanın vəkillərinin verilən edam cəzasının yenidən nəzərdən keçirilməsi tələbini rədd edib. Cəza qanununa görə Molla 8-15 gün içində dövlət başçısından əfv tələb etmə haqqına sahibdir.

Mollanın vəkilləri Banqladeş hökumətinin lazımlı bütün qanuni əməliyyatları tamamlamadan müvəkkillərini edam etmək üçün hazırlıq etdiyini bəyan edərək, edam cəzasının yenidən nəzərdən keçirilməsini tələb etmişdi.

Çərşənbə axşamı edam edilməsi gözlənilən Mollanın edamı son anda Yüksək Məhkəmə hakimləri tərəfindən çərşənbə səhərinə təxirə salınmışdı. Məhkəmə dünən də Mollanın vəkillərinin əlavə müddət tələbini qəbul edərək edam cəzasının yenidən gözdən keçirilməsi ilə əlaqədar tələbin qiymətləndirməsini cümə axşamına saxlamışdı.

Banqladeş hökuməti tərəfindən müstəqillik döyüşü əsnasında işlənən cinayətlərin araşdırılması üçün 2010-cu ildə qurulan Beynəlxalq Döyüş Cinayətləri Məhkəməsində mühakimə olunan Molla 344 silahsız vətəndaşın öldürülməsini əmr etməklə daxil altı fərqli ittihamın beşi üzrə 5 Fevral 2013-cü il fevralın 5-də ömür boyu həbsə məhkum edilmişdi.

Banqladeşin ən böyük İslam partiyası olan Camaatı İslaminin ümumi katib köməkçiliyini icra edən Molla ittihamları rədd etmiş və haqqında verilən ömür boyu həbs cəzasının ləğvi üçün Apelyasiya Məhkəməsinə müraciət etmişdi. Beynəlxalq Döyüş Cinayətləri Məhkəməsinin hökmünü təsdiqləyən Apelyasiya Məhkəməsi  sentyabrın 17-də Mollaya verilən ömür boyu həbs cəzasını edamla əvəz etmə qərarı çıxarmışdı.


Modern.az                                   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir