Modern.az

Berluskonidən xəbərdarlıq: “İtaliyada inqilab olacaq”

Berluskonidən xəbərdarlıq: “İtaliyada inqilab olacaq”

12 Dekabr 2013, 15:39

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni əmindir ki, onun həbsxanaya göndərilməsi ölkədə inqilabi çağırışlara səbəb olacaq. Modern.az saytı bu məlumatı xarici KİV-ə istinadən verir. Siyasətçinin fikrincə, İtaliya hakimiyyəti ona qarşı siyasi çağırışlar edib Senatın üzvlüyündən çıxarmaqla dövlət çevrilişi ediblər. Keçmiş baş nazir iddia edir ki, bununla xalqın iradəsinin əksinə gedən hakimiyyət inqilaba hazırlıq üçün zəmin hazırlayıb. Berluskoni bundan əvvəl bəyan edirdi ki, Enriko Lettanın hökumətində sabitliyi pozmaq üçün bütün mümkün variantlara əl atacaq. Məhz onun təşəbbüsü ilə “İtaliya irəli!” hərəkatı parlamentdə Nazirlər Kabinetinə etimad məsələsi gündəliyə salınmışdı. Amma hökumət deputatların böyük əksəriyyətinin dəstəyini almaqla bu mərhələni uğurla aşıb.


Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi