Modern.az

Avropada 500-dək reys təxirə salınıb

Avropada 500-dək reys təxirə salınıb

Dünya

11 May 2010, 10:11

Vulkan külü Avropa ölkələrnin hava məkanını yenidən iflic edib. Modern.az BBC-yə istinadən xəbər verir ki, vulkanik kül buludu üzündən Avropada 500-dək reys təxirə salınıb, 28,5 min uçuş ləngimə ilə həyata keçirilib.  Bu haqda hava nəqliyyatının təhlükəsizliyinə cavabdeh olan agentlik – Avrokantrol məlumat verib. Yeni vulkanik kül buludu Böyük Britaniya, İspaniya, Portuqaliya və Avstiyada hava nəqliyyatında ciddi məhdudiyyətlərə səbəb olub.  İtaliya və Almaniya bu gün hava məkanlarını yenidən təyyarələr üçün açıb.

Avrokontrol Atlantik okeanı üzərində uçuşlarda ciddi ləngimələrin olacağına dair xəbərdarlıq edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır