Modern.az

Misirdə son 122 ilin ən soyuq havası olub

Misirdə son 122 ilin ən soyuq havası olub

İqtisadiyyat

13 Dekabr 2013, 14:38


Misirdə havanın hərarəti maksimum həddən 7 dərəcə aşağı düşüb ki, bu da son 122 ildə müşahidə olunan ən rekord göstəricidir. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, ölkənin bir sıra regionunda yağışla müşayiət olunan küləyin sürəti saniyədə 28 metrə çatıb. İl ərzində günəşli günlərin sayının çox olduğu Misirdə qışda belə yağış 3-4 dəfə yağır. İndi havanın hərarətinin aşağı düşməsi təbii fəlakətlə əlaqələndirilir. Baş meteoroloyi  idarə artıq yerli sakinlərə müraciət edərək imkan daxilində evdə qalmağı məsləhət görüb. Güclü yağış səbəbindən Qahirə küçələrində bir neçə gündür uzun tıxaclar yaranıb. Daha ağır vəziyyət ölkənin şimal rayonlarında yaranıb. Aleksandriyada fırtına xəbərdarlığı edilib. Güclü külək nəticəsində onlarla reklam lövhəsi aşıb, ağaclar kğkündən yıxılıb.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?