Modern.az

2013-cü ildə ölən MƏŞHURLAR: “Hökmdar”, “Dəmir ledi”, Oliqarx”, inqilabçı...

2013-cü ildə ölən MƏŞHURLAR: “Hökmdar”, “Dəmir ledi”, Oliqarx”, inqilabçı...

Dünya

13 Dekabr 2013, 15:17

Yola salmağa hazırlaşdığımız 2013-cü il bütün dünyada tanınan, bir çox siyasi prosesə təsir edən, əfsanəvi və populyar siyasi xadimlərin dünyalarını dəyişməsilə yadda qalıb. Modern.az saytı artıq o dünyada olan həmin şəxsiyyətləri təqdim edir.

“Hökmdar” Çaves

İki il xərçənglə mübarizə aparan Venesuela prezidenti Uqo Çaves dəfələrlə cərrahiyə əməliyyatına məruz qalsa da, xəstəliyinə qalib gələ bilmədi. Martın 5-də 58 yaşında komandante ölüb. Venesuela liderinin ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilsə də, amma Latın Amerikası siyasətçiləri iddia edirdilər ki, onu zəhərləyiblər. Dünya liderləri dərhal Çavesin ölüm xəbərinə reaksiya verdilər. Latın Amerikası ölkələri prezidentlərinin reaksiyası isə daha emosional idi. Argentina və Braziliya rəhbərləri dövlət tədbirlərini ləğv etdilər, Kubada isə üçgünlük matəm elan olundu. Çavesin dəfninə 55 ölkədən nümayəndə heyəti gəlib, onların arasında Ukrayna prezidenti Aleksandr Lukaşenko və İranın keçmiş prezidenti Mahmud Əhmədinejat da olub. Əhmədinejat göz yaşlarını saxlaya bilməsə də, ABŞ “hökmdar”ın ölümünə sevinirdi.

Əfsanəvi inqilabçı

Dekabrın 6-da Cənubi Afrika Respublikasının keçmiş prezidenti və Nobel mükafatı laureatı Nelson Mandela uzun sürən xəstəlikdən sonra 95 yaşında vəfat edib. O, həyatının 27 ilini həbsxanada keçirəndən sonra CAR-ın ilk qaradərili dövlət başçısı seçilmişdi, onu “xalqın atası” hesab edirdilər.

Oliqarxın müəmmalı ölümü

Martın 23-də qalmaqallı rusiyalı oliqarx, uzun illər Londonda yaşayan və vətəninə qayıda bilməyən Boris Berezovski intihar edib. Paltarı əynində olan Berezovskinin meyiti mənzilindəki vanna otağında tapılıb. Onun vəkili intihar haqda danışsa da, qətlə yetirildiyi də istisna olunmurdu. Amma dostları və tanışları hamılıqla dedilər ki, Berezovski uzun müddət idi depressiyaya düşdüyündən yaşamağın mənasını görmürdü. O hətta depressiyadan qurtulmaq üçün İsraildə müalicə də olunmuşdu. Onun ölümü ilə bağlı indiyədək rəsmi açıqlama verilməyib. Berezovski may ayında İngiltərədə Brukvud qəbiristanlığında dəfn olunub.

“Dəmir ledi”nin kralica kimi dəfni

Aprelin 8-də 87 yaşında Böyük Britaniyanın keçmiş baş naziri, “dəmir ledi” Marqaret Tetçer dünyasını dəyişib. Əfsanəvi qadın son zamanlar ağır xəstələnmişdi, ölümünə isə insult səbəb olub. Tetçer böyük təntənə ilə dəfn olunub. Mərasimdə digər ölkələrdən yüzlərlə nümayəndə, tanınmışlar, kral ailəsinin üzvləri iştirak ediblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi