Modern.az

2013-cü ilin ən səs-küylü boşanmaları

2013-cü ilin ən səs-küylü boşanmaları

14 Dekabr 2013, 10:55

Əlbəttə, tərəddüdsüz demək olar ki, yola salacağımız ilin ən səs-küylü, eyni zamanda gözlənilməyən boşanma hadisəsi Rusiya prezidenti Vladimir Putinin uzun illər birgə yaşadığı həyat yoldaşından ayrılmasıdır.

İyunun 6-da Kreml sarayında “Esmeralda” baletinə birgə tamaşa edəndən sonra Putin boşandıqlarını bəyan edib. Prezident 30 il birgə yaşadığı Lyudmila Putina ilə rəsmən boşansa da, dost münasibətində qalacaqlarını vurğulayıb. Xanım Putina da deyib ki, keçmiş əri onu hələ də dəstəkləyir.
Dövlət başçısı birbaşa televiziyada Lyudmila xanıma təşəkkür edərək boşandıqlarını bildirib.

İtaliya və Fransa vətəndaşları olan Monika Beluççu ilə Vensan Kasselin ayrılmaları da yəqin ki, çoxunu az təəccübləndirməyib.

Hollivud cütlüyü olan Miranda Kerr və Orlando Blumun, eləcə də Uill Smit və Cada Pinkemm Smitin boşanmaları da heyranları çox təəssüfləndirib.

Onların kampaniyasına Ceyson Traviklə nikahlarını pozan Britni Spirs də qoşulub. Məlum olub ki, Britninin seçdiyi kifayət qədər pis oğlan imiş.
Bu il rusiyalı oliqarx Vladislav Doronin modelyer Naomi Kempbeldən boşanıb. 2011-ci ildə Eşton Kamçerdən ayrıldığını bəyan edən Demi Mur rəsmi nikah pozuntusunu 2013-cü ildə gerçəkləşdiriblər.






Modern.az    

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi