Modern.az

ABŞ Senatı Ukraynaya sanksiya tətbiqinə baxacaq

ABŞ Senatı Ukraynaya sanksiya tətbiqinə baxacaq

14 Dekabr 2013, 13:55

İki senator ABŞ Senatına Ukraynadakı situasiya ilə bağlı qətnaməyə baxılması ilə bağlı müraciət edib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, sənəddəki müddəaların birində Ukraynanın vəzifəli şəxslərinə qarşı sanksiya tətbiqi nəzərdə tutulur. İllinoys ştatından olan senator Durbin və Konnektikut ştatından olan Merfi öz qətnamələrində Ukrayna xalqınının Avropaya inteqrasiya cəhdlərini dəstəkləyir və prezident Viktor Yanukoviç başda olmaqla Ukrayna hakimiyyətini dinc etiraz aksiyası keçirənlərə qarşı güc tətbiq etmələrini qınayırlar. 

Bundan əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi Cenifer Psaki bəyan edib ki, Ukraynanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyanın tətbiqi ehtimalı mümkündür.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı