Modern.az

Yanukoviç Putinlə eyni komissiyaya rəhbərlik edəcək

Yanukoviç Putinlə eyni komissiyaya rəhbərlik edəcək

16 Dekabr 2013, 14:44


Dekabrın 17-də Ukrayna prezidenti Viktor Yanukoviç Rusiyaya səfərə gələcək. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, iki ölkə prezidenti iqtisadi-ticarət əlaqələri üzrə əməkdaşlığın ən yaşı üsullarını axtaracaqlar. Məlumatda qeyd edilir ki, Ukrayna və Rusiya dövlət rəhbərləri müxtəlif məsələlərlə bağlı əməkdaşlıq üzrə birgə komissiyaya rəhbərlik edəcəklər. Səfər zamanı ilk növbədə ticarət-iqtisadiyyat problemlərini həlli gözlənilir. Bundan əlavə, kosmos, aqrar sahə, nəqliyyat, energetika və digər sahələrlə bağlı əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Ukrayna Xarici İşlər Nazirliyi isə əmin edib ki, Yanukoviç Gömrük İttifaqı ilə bağlı razılaşmanı imzalamayacaq.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı