Modern.az

27 yaşlı tələbə oğlan xarici işlər naziri oldu

27 yaşlı tələbə oğlan xarici işlər naziri oldu

İqtisadiyyat

16 Dekabr 2013, 17:14

Sebastian Kurts Avstriyanın xarici işlər nazirliyinə rəhbər təyin olunub. Modern.az saytı Avstriya KİV-nə istinadən bildirir ki, o, ölkə tarixində ən gənc nazir olacaq. Onun 27 yaşı var və hələ də hüquq fakültəsində təhsil alır. Kurts Avstriyanın sağ mərkəzçi Xalq Partiyasının gənclər  bölməsinin rəhbəridir, bundan əvvəlki kabinetdə inteqrasiya üzrə dövlət katibi işləyib. O, Vyanada anadan olub, anası məktəbdə müəllimə, atası mühəndis işləyir. 


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır