Modern.az

Yolkanı SSRİ liderlərinin portretləri ilə bəzədilər

Yolkanı SSRİ liderlərinin portretləri ilə bəzədilər

İqtisadiyyat

17 Dekabr 2013, 11:15

Rusiyanın Sverdlovsk vilayətinin qanunverici orqanının binası qarşısında quraşdırılan yolkanın üzərində kommunist liderlərin portretləri asılıb. Modern. az saytı Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda özünün facebook səhifəsində “Vahid Rusiya” partiyasının deputatı Yevgeni Artyux məlumat verib. Muzeylərdən birinin təşkil etdiyi layihə “Mənim uşaqlığımın yolkası” adlanır.

Yolkanın üzərində oyuncaqlardan başqa sovet siyasi liderləri olan İosif Stalin, Leonid Brejnev və Yuri Andropovun portretləri də asılıb. Yolkanın təpəsində oraq və çəkicin əks olunduğu qırmızı ulduz da var.






Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır