Modern.az

Ərdoğan, yoxsa Gülən...

Ərdoğan, yoxsa Gülən...

Dünya

19 Dekabr 2013, 16:17

Son günlər Türkiyədə antikorrupsiya adı altında baş verən hadisələr dünyanın aparıcı qazetləri və xəbər saytlarının baş mövzusuna çevrilmişdir.

Beynəlxalq və yerli politoloqlar tədbirlərin kim tərəfindən hazırlanması və kimə qarşı çevrilməsi haqda fikir mübadiləsi aparmaqda və Türkiyənin yaxın gələcəyi haqda bir-birindən ziddiyyətli proqnozlar verməkdədirlər.

Türkiyədə həyata keçirilən geniş miqyaslı həbslərdən dərhal sonra məsələnin kökündə dünyada, xüsusən İslam aləmində yetərincə nüfuza malik olan, hazırda Amerikada yaşayan dini lider Fətullah Gülənlə Baş Nazir Rəcəb Təyyib Ərdoğan arasında ziddiyyətlərin dayandığı haqda xəbərlər mediaya yol açmağa başladı.

1999-cu ildən Amerikada sürgün həyatı keçirən İslamçı Gülən hərəkatının təsisçisi və başçısı Fətullah Gülənlə Rəcəb Təyyib Ərdoğan arasında narazılıqlar son aylarda kulminasiya nöqtəsinə çatmışdı. Baş Nazir və onun komandası tərəfindən Türkiyədəki universitetlərə hazırlıq mərkəzlərinin bağlanması istiqamətində aparılan kampaniya Gülən hərəkatı tərfdarlarının səbr kasasını dolduran son damla rolunu oynadı.

Dərshanələrin bağlanması Güləni güclü iqtisadi və mənəvi dayaqlardan məhrum etməyə hesablanmışdı. Məhz bu hadisədən sonra islmaçıların cavab zərbələrinin gecikməyəcəyi haqda gözləntilər var idi. Beləliklə, Türkiyədə Ergenekon qədər güclü əks-səda yaradacaq bir hadisə təşkil olundu. AKP-yə qarşı sui-qəsd kimi qiymətləndirilən bu hadisənin təsirini azaltmaq indiki Türkiyə iqtidarına çox çətin olacaq. Bu gün Türkiyənin hakim dairəsi ağır siyasi sınaq qarşısındadır. Bu sınaqdan uğurla çıxmaq üçün Rəcəb Təyyib Ərdoğanın başçılıq etdyi hakimiyyət bütün gücünü səfərbər etməlidir.

 Digər tərəfdən, Türkiyə müasir dövrdə ən həssas tarixini yaşayır. Beynəlxalq aləmdə son illər Türkiyənin üzləşdiyi problemlərin daxildəki uğursuzluqla tandemi AKP –nin və ümumiyyətlə Turkiyənin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Antikorrupsiya sui-qəsdinin nəticələrini qısa zamanda aradan qaldırmaq Ərdoğan hakimiyyətinə hava, su kimi vacibdir. Yaxin zamanda keçiriləcək bələdiyyə seçkiləri, sonra isə prezident və baş nazir seçkilərinin taleyi bu günlərdə Türkiyədə baş verən hadisələrin nəticələrinin aradan qaldıriılmasından keçir.

Ərdoğan və onun komandası onlara qarşı qurulmuş bu oyundan çıxmaq üçün hərtərəfli düşünşlmüş addımlar atmalıdırlar.

Tez-tələsik nəticə çıxarmaq, əsəbı halda müsahibələr vermək ictimaiyyətin onlara qarşı əhval-ruhiyyəsini daha da gücləndirir. Baş Nazir son hadisələri korrupsiya və yolsuzluğa qarşı dövlətin apardığı mübarizənin tərkib hissəsi kimi qiymətləndirməli, komandasının 3-5 üzvünün itirilməsi ilə razılaşmalıdır.

Bu gediş Ərdoğan və onun tərıfdarları üçün asan olmaya bilər. Əks təqdirdə onlar bütün Türkiyəni və indiki hakimiyyətlərini itirə bilərlər. Gülən hərəkatına gəlincə təbii ki, bu qarşıdurmada ən çox itkiyə məruz qalan məhz bu təşkilatın tərəfdarları olacaq.Türkiyədə dayaqlarının itirilməsi bu təriqətin sonunun başlanğiçı olacaqdır.

 AKP bu vəziyyətdən  seçici itirməklə olsa da çıxacaqvə hələ bir müddət iqtidarda mövcudluğunu qoruyub saxlayacaq.

Bu yönlü partiyalar siyasi səhnəyə birdən – birə gəlmədikləri kimi onlarıın qürubu da birdən-birə baş vermir. İstənilən halda bütün tırıflər öz ambisiyalarını, siyasi-iqtisadi dividendlərini kənara buraxsalar bu zaman qazanan türkiyə və türk milləti olacaqdır.

 

Əlimusa İBRAHİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür