Modern.az

Yerevanda polislə aksiya iştirakçıları arasında qarşıdurma

Yerevanda polislə aksiya iştirakçıları arasında qarşıdurma

Dünya

20 Dekabr 2013, 14:41

Bu gün Ermənistan Milli Məclisinin qarşısına Rusiya ilə Ermənistan hökumətləri arasında imzalanan qaz müqaviləsinə etiraz etmək üçün yığışanlar Baqramyan prospektində hərəkəti dayandıraraq “Suveren Ermənistan!” şüarı qışqırıblar. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, polis etirazçılara zor tətbiq edərək onları yoldan kənarlaşdırmağa cəhd edib. Buna nail olunmayanda hadisə yerinə əlavə polis cəlb olunub və aksiyanın bir neçə fəal iştirakçısı ciddi təzyiqə məruz qalıblar. Parlament qarşısında bu dəqiqələrdə gərginlik davam edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub