Modern.az

“Kaspi” dövlətçilik tariximizlə bağlı sayt yaradıb

 “Kaspi” dövlətçilik tariximizlə bağlı sayt yaradıb

12 May 2010, 15:40

“Kaspi” qəzeti Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən «Azərbaycanın dövlətçilik tarixinin təbliği» layihəsi  çərçivəsində Azərbaycanda dövlətçilik tarixi ilə bağlı Azərbaycan, rus və ingilis dillərində www.state-history.az adlı saytı yaradıb. Bu barədə Modern.az-a qəzetin baş redaktoru Natiq Məmmədli məlumat verib. O qeyd edib ki, saytda dövlətçilik tarixi ilə bağlı araşdırmalar, müsahibələr, layihə çərçivəsində keçirilən tədbirlərlə bağlı məlumatlar yerləşdiriləcək.

Saytda Azərbaycan tarixinin önəmli anları, xalqımızın üzləşdiyi soyqırımları, tarixi şəxsiyyətlərimiz, işğal olunmuş ərazilərimizlə bağlı məlumatlar yer alır. İstifadəçilər sayt vasitəsilə Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumatlar ala biləcəklər. 

Saytın rus və ingilis dillərində versiyalarının olması Azərbaycan dövlətçiliyinin beynəlxalq müstəvidə də təbliğ olunması baxımından geniş imkanlar yaradacaq. Baş redaktor əlavə edib ki, layihə müddətində saytın materialları daha da zənginləşdiriləcək.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı