Modern.az

Əbru Gündəş ərinin heç bir günahı olmadığına inanır

Əbru Gündəş ərinin heç bir günahı olmadığına inanır

İqtisadiyyat

21 Dekabr 2013, 14:50


Türkiyənin tanınmış müğənnisi Əbru Gündəş dekabrın 17-də rüşvət əməliyyatında  nəzarətə alınan və dünən barəsində həbs qərarı çıxarılan həyat yoldaşı Rza Zərrabı görə bilmək üçün günlərlə xəstəxana qapısında keşik çəkib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, nəzarətdə saxlanılarkən 12 saatdan bir sağlıq müayinəsi üçün xəstəxanaya aparılan Rza Zərrabı 1 dəqiqəliyinə də olsa görə bilmək üçün xəstəxanadan ayrılmayan Əbru Gündəş yoldaşının dünən prokuror qarşısına çıxarılacağını eşidincə Çağlayan Ədliyyəsinə qaçıb. Məşhur sənətçinin yaxınlarına «ittihamların heç birinə inanmıram» dediyi söylənilir.

Məlumatda qeyd edilir ki, 29 yaşındakı iş adamının şəkər xəstəliyi səbəbi ilə xüsusi bir müalicə proqramı var. Nəzarətdə saxlanılan yaxınlarını gözləyən şahidlərin iddialarına görə, hadisə əməliyyatın başladığı günün axşamında yaşanıb. Polislərin icazə verməməsi səbəbi ilə dərmanlarını götürə bilməyən və dietasına uyğun bəslənə bilməyən Zərrabın halı  pisləşib. Vəziyyətinin ciddiyə getməsi səbəbindən xüsusi həkimi xəstəxanaya gəlib. Birdən çox sağlamlıq problemi olduğu danışılan Zərrabın o gecə Haseki Təhsil və Araşdırma Xəstəxanasına aparıldığı da iddia edilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır