Modern.az

İbrahim Tatlısəs Rza Zərraba sahib çıxdı

İbrahim Tatlısəs Rza Zərraba sahib çıxdı

23 Dekabr 2013, 11:05
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs “Böyük rüşvət” əməliyyatına görə həbs olunan iş adamı, daha bir tanınmış sənətçi Əbru Gündəşin əri Rza Zərraba dəstək verib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Tatlısəs “Twitter”də yazıb:

"Rza çox əhəmiyyətli bir dostumdur. Bunu da söyləməkdən qürur duyaram. Xəstə olduğu doğrudur. Hadisədən iki gün əvvəl telefonla danışıb. O, mənim candan kənar dostum".

İbrahim Tatlısəs sonra yazır: "Yarışma proqramı edirdik. Orada bir yarışmacının evi yox idi. Rzaya söylədim “əmrin olar” dedi və evi götürdük. Bu mövzularda bir dənədir, köməyi sevər".  



Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi