Modern.az

Rusiyada iki aviainsident yaşanıb

Rusiyada iki aviainsident yaşanıb

Dünya

25 Dekabr 2013, 11:28

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 25 dekabr tarixində qonşu ölkədə iki aviainsident yaşanıb. Utair aviakompaniyasına məxsus Moskvadan havaya qalxan təyyarə yaranan nasazlıqlara görə təcili olaraq Tomsk aeroportuna eniş etmək məcburiyyətində qalıb.Təyyarədə 100 nəfərin olduğu bildirilir zərərçəkən yoxdur.

İkinci aviainsident də Tomsk aeroportunda qeydə alınıb. Boeing-737 təyyarəsi qəzali vəziyyətdə Tomsk aeroportuna eniş edib. Təyyarədə 80 nəfərin olduğu bildirilir, zərərçəkən yoxdur.

Könül Qidayeva  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər